top of page

CMS nəhəng qazma qurğularının yedəklənməsi əməliyyatlarını həyata keçirir

Dənizdə qazma qurğularının yerinin dəyişdirilməsi dənizdə enerji kəşfiyyatı, yataqların işlənməsi və istismarının təkrarlanan və müntəzəm xüsusiyyətidir. Dekabr ayı ərzində Caspian Marine Services B.V. şirkəti (CMS) tərəfindən gəmiçilik sənayesində nadir hadisələrdən hesab edilən, xüsusi səriştə və təcrübə tələb edən nəhəng qazma qurğularının yedəklənməsi əməliyyatları həyata keçirilmişdir. CMS-in idarə etdiyi “Lənkəran” yedək-təchizat , “Türkan” və “Andoqa” dəniz yedək gəmiləri BKE Şelf şirkətinin sifarişi ilə həmin şirkətə məxsus “Neptun” qazma qurğusunun yedəklənərək Rusiya sularından Azərbaycana gətirilməsinə cəlb edilib. Digər yedəkləmə əməliyyatı ilə Caspian Drilling Company şirkətinə məxsus “Dədə Qorqud” qazma qurğusunun “Islay”və “Jura” yedək-təchizat gəmiləri ilə Bakıdan Qazaxıstan sularına (Jenis yatağına) çatdırılması uğurla tamamlanıb. Bu cür dəniz əməliyyatlarının təhlükəsiz, səmərəli və iqtisadi cəhətdən məqsədəmüvafiq icrasını təmin etmək həyati əhəmiyyət kəsb edir.


83 views0 comments

Recent Posts

See All
bottom of page