top of page

CMS-də Xeyriyyə Yarmarkası

Updated: Dec 20, 2022

Bu gün CMS ofisində xeyriyyə məqsədilə yarmarka təşkil olundu. CMS-də çalışan xanımlar evdə hazırladıqları bişmiş, şirniyyat və qəlyanaltı məmulatlarının satışını keçirdilər. Alıcılar isə həmkarlarımız və qonşu şirkətlərin əməkdaşları oldu. Satışdan əldə edilən gəlir əsasında ehtiyacı olan ailələrə bayram bazarlığı edilərək evlərə çatdırılacaqdır. Belə xeyriyyə tədbirləri artıq ənənəyə çevrilməkdədir. CMS şirkəti himayəsindəki ehtiyacı olan ailələrə davamlı olaraq yardım göstərir.

Qoy qarşıdan gələn bayram günlərində heç kimin süfrəsi ruzisiz qalmasın! CMS-də çalışan həmkarlarımıza bu nəcib təşəbbüsü dəstəklədiklərinə görə minnətdarlığımızı bildiririk!






45 views0 comments

Recent Posts

See All
bottom of page