top of page

CMS üçün hüznlü gün- Ramin Əliyev 43 yaşında vəfat etdi

Updated: Sep 18, 2021

Bu gün CMS ailəsi üçün çox hüznlü bir gün oldu. Caspian Marine Services B.V. şirkətinin liman kapitanı, təcrübəli dənizçi, fədakar ailə başçısı və mehriban dost Ramin Əliyev 43 yaşında vəfat etdi.


Ramin kapitan 2014-2019-cu illərdə "Müslüm Maqomayev" və "Rəşid Behbudov" yüksək sürətli sərnişin gəmilərində kapitan, 2019-cu ildən etibarən isə Liman kapitanı vəzifəsində calışırdı. Fəaliyyəti dövründə hamının - həm CMS-in ofis əməkdaşları və gəmi heyətlərinin, həm də müştəri şirkətlərin rəğbətini qazanmışdı.


Ramin kapitan daim yaddaşımızda gülərüz və səmimi insan, peşəkar və dəyərli həmkar kimi qalacaq.

Kapitanın ailəsinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.




172 views0 comments

Recent Posts

See All
bottom of page