Yeni 2021-ci il təbriki

Əziz dənizçilər!

Hörmətli həmkarlar!


Bütün çətinliklərə və pandemiyaya baxmayaraq, qürur duya biləcəyimiz parlaq zəfərlə yadda qalan keşməkeşli bir ili geridə qoyuruq. Şanlı Ordumuz və Ali Baş Komandanımızın qəhrəmanlığı sayəsində tarixi torpaqlarımıza qovuşduq. Bu müqəddəs missiyanı yerinə yetirərkən həyatını qurban verən Şəhidlərimizin əziz xatirəsini ehtiramla anaraq onlara Allahdan rəhmət diləyirik. İgid qazilərimizə bir daha minnətdarlığımızı bildiririk!


Bu il ərzində cəsur dənizçilərimiz öz üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirdilər. Səylə çalışdılar ki, Vətənə arxa cəbhədə dəstək olsunlar! Həmrəy, vahid olub qələbə qazandıq! Bu həmrəyliyimiz daimi olsun!


Əziz dostlar, hamınızı Yeni 2021-ci il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik edirik, sizlərə möhkəm can sağlığı, aydın səma, bol ruzi-bərəkət arzulayırıq!


21 views0 comments

Recent Posts

See All