Qurban bayramınız mübarək olsun!

Əziz dənizçilər! Hörmətli həmkarlar!

Sizi mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimizi yetiririk.

Mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Əminik ki, bu ilki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Bu mübarək gündə bir daha hamınıza ulu Tanrıdan möhkəm can sağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayırıq. Qurban bayramınız mübarək olsun! Hörmətlə, CMS şirkətinin rəhbərliyi

2 views0 comments