Gennadi Vyaçeslavoviç Yeqorov vəfat etdi

CMS şirkətinin kollektivi Dəniz Mühəndisliyi Bürosunun qurucusu və Baş direktoru Gennadi Vyaçeslavoviç Yeqorovun vəfatından kədərləndiyini bildirir.


Peşəkar və nadir mütəxəssis olan Yeqorovla uğurlu əməkdaşlığımız uzun illər davam etmişdir. Öz sənətinin ustası olan Gennadi Vyaçeslavoviç 20 ildən çox Dəniz Mühəndisliyi Bürosuna rəhbərlik etmiş və bu müddət ərzində kiçik bir firma olan Büro gəmiqayırma sahəsində bütün növ mühəndislik işlərini həyata keçirən böyük şirkətə çevrilmişdir. Dəniz Mühəndisliyi Bürosunun layihələri əsasında 400-dən çox gəmi, o cümlədən hal-hazırda CMS-ə məxsus olan “Gəncə” və “Əziz Əliyev ” tankerləri inşa edilmişdir.


Professor Yeqorov Ukrayna Dövlət Mükafatı laureatı, İngiltərə Kral Gəmi Mühəndisləri Cəmiyyətinin fəxri üzvü, Rusiya Dəniz Gəmiçiliyi Reyestri Elmi-Texniki Şurasının Rəyasət Heyətinin üzvü, Ukraynanın Gəmi İnşası üzrə Elmlər Akademiyası və Ukraynanın Nəqliyyat Akademiyasının akademiki idi və yuxarıda sadalananlar Gennadi Vyacheslavoviçin layiq görüldüyü və təltif edildiyi elmi adların və texniki dərəcələrin tam siyahısı deyil.

Bütün bunlarla yanaşı, professor Yeqorov yaddaşımızda həmişə fəal vətəndaş mövqeyi olan, dərin humanizmi ilə seçilən həqiqi ziyalı və yüksək dərəcəli mütəxəssis kimi xatirələrdə yaşayacaqdır.

Allah rəhmət eləsin.

The CMS team is deeply saddened and grieved over the death of the General Director and Founder of the Marine Engineering Bureau, Gennady Vyacheslavovich Egorov.


Due to the fact that he was a professional and a real specialist, our cooperation has been successful for many years. Being a true master of his profession, Gennady Vyacheslavovich has headed the Bureau more than 20 years, and under his leadership a small firm has turned to be a reputable company that performs all types of engineering work in shipping and shipbuilding. On the basis of the projects proposed by the Marine Engineering Bureau, more than 400 vessels were built, including “Ganja” and “Aziz Aliyev” tankers, currently owned by CMS.


Professor Egorov was awarded the State Prize of Ukraine, was an honorary member of the British Royal Society of Ship Engineers, a member of the Presidium of the Scientific and Technical Council of the Russian Maritime Register of Shipping, an academician of the Academy of Sciences of Shipbuilding of Ukraine and the Transport Academy of Ukraine, and this is not a complete list of scientific titles and technical degrees received by Gennady Vyacheslavovich.

However, first of all, Professor Egorov will remain in our memory as a person who has always had an active position, distinguished by deep humanity, a true intellectual and a high professional.

Rest in peace.


27 views0 comments

Recent Posts

See All