"Dənizçi günü" peşə bayramı münasibətilə təbrik

Hörmətli dənizçilər!

Ölkə Prezidentinin 19 iyun 2014-cü il tarixli sərəncamı ilə təsis edilmiş “Dənizçi günü” peşə bayramı münasibətilə sizləri ürəkdən təbrik edirik. Bu gün biz qurur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanımızın sürətli inkişafında bizim dənizçilərin də xüsusi əməyi vardır. Dənizçi peşəsi həmişə nüfuzlu peşə sayılıb. Bu peşənin on illərlə davam edən əmək ənənələrini təcrübəli dənizçi veteranlarımız yeni, gənc və savadlı dənizçi nəslinə ötürərək onların yüksək bilikli mütəxəssis kimi hazırlanması üçün əllərindən gələni edir. Biz bütün kollektivimizi dəniz nəqliyyatı işçilərinin peşə bayramı münasibətilə bir daha təbrik edir, sizin hər birinizə uğurlar diləyir, ən xoş arzularımızı bildirir, gərgin, lakin olduqca şərəfli və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzulayırıq!



25 views0 comments