Dənizçi Günü

Əziz dənizçilərimiz! Hörmətli həmkarlarımız!

Hamınızı “Dənizçi Günü” peşə bayramı münasibətilə təbrik edirik!

Dənizçilərimizin ümumi ölkə iqtisadiyyatının inkişafında rolu çox vacib və önəmlidir. Bu şərəfli yolu davam etdirməyiniz üçün sizə möhkəm can sağlığı və bol-bol uğurlar arzulayırıq!

Böyük sevinc və qürur hissi ilə bildirmək istərdik ki, Dövlət Dəniz və Liman Agentliyində “Dənizçi günü”nə həsr edilən tədbirdə Azərbaycanda dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Caspian Marine Services B.V. şirkətinin uzun illər boyu şirkətimizdə çalışan dəyərli əməkdaşları: Direktor - Fərid Qurbanov, Dənizçilik üzrə Böyük Superintendant - Elbrus Rzayev, Texniki və Mühəndislik üzrə Superintendent - İlham Yaqubov, Liman Mühəndisi - Zöhrab İsayev və Akademik “Tofiq İsmayılov” gəmisinin Elektromexanik vəzifəsində çalışan Mehdi Məmmədov “Donanmanın fəxri işçisi” döş nişanları ilə təltif olunublar.

Həmçinin şirkətimizin Dənizçilik üzrə superintendant vəzifəsində, eyni zamanda ADDA-nın Dəniz naviqasiyası kafedrasının müdiri Həzi Nəbiyev “Ən yaxşı müəllim” döş nişanı ilə təltif edilmişdir.






14 views0 comments