Əziz və hörmətli dənizçilər!
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə hər ilin 25 iyun tarixi Azərbaycan Respublikasında “Dənizçi Günü” peşə bayramı olaraq qeyd edilir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində “Dənizçilər günü”nün qeyd olunması barədə qərar qəbul edilib.
Sizləri bu əlamətdar bayram - "Dənizçi Günü" münasibətilə təbrik edir, ağır, məsuliyyətli, eyni zamanda olduqca şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq! İnanırıq ki, bundan sonra da cəsur Azərbaycan dənizçiləri vətənimizin tərəqqisinə öz gərəkli töhfəsini verməkdə davam edəcəkdir!