top of page

Caspian Marine Services şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 1 000 000 manat köçürmüşdür

Updated: Oct 22, 2020

Ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan ordusuna dəstək olmaq üçün Caspian Marine Services şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 1 000 000 manat köçürmüşdür.

Həmçinin ofis işçiləri və gəmi heyətləri ordumuza cəbhə bölgəsindəki döyüşlərdə dəstək olmaq üçün Fonda könüllü olaraq aylıq maaşlarından 55 min manat köçürmüşlər. Könüllü ianələr davam edir.

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu 2002-ci ilin avqust ayında Azərbaycan Prezidentinin fərmanı ilə təsis edilmişdir. Fondun əsas vəzifəsi Azərbaycan Silahlı Qüvvələrinin müasir standartlar səviyyəsində inkişafını təmin etmək, maddi-texniki bazasını möhkəmləndirmək, habelə hərbi qulluqçuların sosial müdafiəsini daha da gücləndirməkdir.

Caspian Marine Services şirkəti Azərbaycan ordusuna inamlı qələbə arzulayır! Qarabağ Azərbaycandır! Azərbaycan zəfər çalacaq!

18 views0 comments

Recent Posts

See All

Коментари


bottom of page