Bizim Əsgər

Updated: Sep 18, 2021

Caspian Marine Services B.V. şirkətində Sahə nəzarətçisi vəzifəsində çalışan əməkdaşımız Elnur Əsgərov səfərbərliklə əlaqədar könüllü olaraq ordu sıralarına qatıldığı xidmətdən bir neçə gün öncə təxris olunaraq geri qayıtmışdır. Qürur hissi ilə qeyd edirik ki, həmkarımız Elnur Əsgərov Azərbaycan Prezidentinin 18 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş, nəticədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir.


Elnur 13 oktyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı minaatan mərmisinin içində olduğu avtomobil texnikasının yanına düşməsi nəticəsində yaralanaraq xəsarət almış, lakin buna baxmayaraq yarası sağalandan dərhal sonra yüksək əzmkarlıq və mərdlik göstərərək yenidən ordu sıralarına qayıtmışdır.


CMS şirkətinin bütün kollektivi adından həmkarımız Elnur Əsgərova dərin təşəkkürümüzü bildirir, ona möhkəm can sağlığı, ailəsində xoşbəxtlik və bütün işlərində uğurlar arzu edirik. Fəxr edirik ki, vətənimizin keşiyində duran belə igid övladları var! Məhz bu igidlik, mərdlik, birlik sayəsində biz düşmən üzərində möhtəşəm qələbə qazandıq.


Allahdan bütün yaralı qazilərimizə şəfa, şəhid olan əsgər və zabitlərimizə rəhmət diləyirik!



16 views0 comments