9 Noyabr -Bayraq Günü

Əziz dənizçılər! Hörmətli həmkarlar!


Sizi Dövlət Bayrağı günü münasibətilə ürəkdən təbrik edirik! İnanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz işğal altında olan əzəli torpaqlarımızı tezliklə azad edəcək və üçrəngli bayrağımız doğma vətənimizin hər bir guşəsində qürurla dalğalanacaqdır! Bizlər də arxa cəhbədə müzəffər ordumuza dəstək olaraq Dövlət Bayrağımızı gəmilərimizin üzərində qürurla daşıyacayıq!


Yaşasın Azərbaycan!


Torpağım üstünə kölgələr salan Mənim varlığımın cilası – bayraq. Zəfərdən doğulmuş, Göytürkdən qalan Qurdbaşlı bayrağın balası bayraq.


Üçrəngli bayrağın kölgəsində mən Qaraca torpağı vətən görmüşəm. Zəfər güllərini dövri-qədimdən Bayraq işığında bitən görmüşəm. Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq – öz yurduma öz hakimliyim.


Harda əcdadımın ayaq izi var, Bu zəfər bayrağım orda dikəlsin. Keçdiyi yerlərdə dağlar, yamaclar Onun hüzuruna salama gəlsin.


Tarixdən qədimdir, zamandan qoca Mənim bayrağıma sancılan hilal. Aləmə nur saçdı tarix boyunca Məbədlər başına tac olan hilal.


Daim ucalasan! Savaş günündə Əsgər silahıyla səni tən görüm! Yalnız zəfər çalmış şəhid önündə Səni alqış üçün əyilən görüm!



83 views0 comments

Recent Posts

See All