top of page

Şuşa: Qarabağın döyünən ürəyi

Əziz Şuşa, sən azadsan!


Canım vətən, Azərbaycan!

Xəbərim var könül açan

Düşmən gördüm yurddan qaçan

Canın Şuşa azad oldu

Nə zamandı sanki xəstə

Gözün yolda qulaq səsdə

Biri desin çox ahəstə

Canın Şuşa azad oldu.

O arzunu, diləyini

Əsgər bilib gileyini

Bükdü düşmən biləyini

Canın Şuşa azad oldu.

Sil həsrətli göz yaşını

Bitir xəstə yatışını

Dik tut indi sən başını

Canın Şuşa azad oldu.

Şuşa sənin baş tacındı

Bu həsrətin, həm acındı

Qələbəyə inancındı

Canın Şuşa azad oldu.

Qoy eşitsin dost, həm düşmən

Dağı qaya, düzü çəmən

Bağçaları şux yasəmən

Canın Şuşa azad oldu.

Təbrik edir bütün cahan

Gözün aydın Azərbaycan!

Dağıdıldı qara zindan

Canın Şuşa azad oldu.


63 views0 comments

Recent Posts

See All

Comments


bottom of page